TARİXİMİZ

TARİXİMİZ

“AS İnşaat-N”MMC-nin tarixi onun təsisçisi Nuşirəvan Cəlilovun 16.05.2003-cü ildə “AS İnşaat” MMC-nin təsisçilərindən biri kimi fəaliyyətə qoşulduğu dövrdən başlayır. 05.01.2010-cu ildə isə “AS İnşaat-N” MMC müstəqil şirkət kimi fəaliyyətə başladı.

 

İlkin Fəaliyyət növü beton istehsalı, mülki və sənaye obyektlərinin tikintisi olub. “AS İnşaat-N”MMC-nin 50% təsisçiliyi ilə 2011-ci ilin avqust ayında “Azital İnşaat” MMC yaradılmışdır. Onun əsas fəaliyyəti beton, beton məmulatları və asfalt istehsalıdır.

 

“AS İnşaat-N”MMC-nin Cənubi Koreyanın “Consist Co” LTD ilə birlikdə 2013-cü ildə “AS KOR ENG” MMC yaradılmışdır. Onun əsas fəaliyyəti su və kanalizasiya layihələrini həyata keçirmək olmuşdur.

 

“Azital İnşaat” MMC-nin 50% təsisçiliyi ilə 2014-cü ildə “AS RA BETON”MMC yaradılmışdır. Onun əsas fəaliyyəti beton istehsalıdır.

 

“AS İnşaat-N”MMC “ASTexnoservis” MMC ilə birlikdə 2015-ci ildə “AS Inşaat Texnoservis” MMC yaradılmışdır. Onun əsas fəaliyyəti beton və beton məmulatlarının istehsalıdır.

 

“AS İnşaat-N”MMC artıq beynəlxalq layihələrdə uğurla iştirak edən bir şirkətə çevrilmişdir.